Ukraynanın "Dnepr klubu ağır cəzaya məruz qalıb. 

Unikal.org apasport.az saytının məlumatına görə, FİFA İntizam Komitəsi Dnepropetrovski təmsilçisinin daxili çempionatda 6 xalını silib.

Buna səbəb isə komandanın keçmiş baş məşqçi Xuande Ramosa olan təzminat borcunu ödəməməsidi. 2015-ci ilin iyun ayından bəri davam edən araşdırma nəhayət yekunlaşıb.

Bu qərardan sonra Ukrayna Premyer Liqasında 10 oyundan sonra 10 xal toplaya bilmiş "Dneprin xalı 4-ə düşüb və klub 12 komanda arasında 11-ci yerə geriləyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2014/15 mövsümündə təmsilçimiz "Qarabağla eyni qrupda mübarizə aparmış ukraynalılar finala qədər irəliləmiş, yalnız həlledici oyunda "Sevilyaya uduzmuşdu (2:3).