ABŞ-da ən populyar idman növü sayılan beysbolda böyük pulların dövr etdiyi sirr deyil. Bunu bilmək üçün oyunlara satılan biletlərin qiymətinə baxmaq kifayətdir.

Unikal.org bildirir ki, sonuncu dəfə 100 il əvvəl çempion olmağı bacaran "Çikaqo Kubs"la "Klivlend İndians" arasında final seriyası üçün satışa çıxarılan biletlər çoxdan tükənib. Əsasən İnternet vasitəsiylə satılan biletlərin qiyməti isə baş gicəlləndirir. 

Final oyununu izləmək istəyənlər 50 minlə 1 milyon dollar arası pul xərcləyərək bilet almalı olub.