Bu gün Topaz Premyer Liqasında 10-cu tura yekun vurulacaq.

Unikal.org-un Qol.az-a istinadən məlumatına görə, günün ilk oyunu Zirədə keçiriləcək. Eyniadlı komanda öz meydanında "Kəpəz"i sınağa çəkəcək. Hər iki komanda buna qədər eyni sayda xal toplayıb. Ona görə də bugünkü matçda qələbə həm "Zirə"yə, həm də "Kəpəz"ə çox lazımdır.

Turun son oyununda isə "İnter" "Sumqayıt"ı qəbul edəcək. Ötən tur "Qəbələ"ni büdrədən "Sumqayıt" bu dəfə də eyni aqibəti "bankirlər"ə yaşatmağa çalışacaq. Lakin bu, elə də asan deyil. Çünki "Qəbələ" və "Qarabağ"ın qələbələri "İnter"i 3 xal qazanmağa vadar edir.

30 oktyabr

Topaz Premyer Liqa, X tur

14:00."Zirə" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov
Zirə İdman Kompleksi

16:00."İnter" - "Sumqayıt"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov
"İnter Arena"

29 oktyabr

"Qəbələ" - "Neftçi" - 4:1
Qollar: Sergey Zenyov, 12, (1:0), Araz Abdullayev, 49 (1:1), Sergey Zenyov, 59 (2:1), Asif Məmmədov, 62 (3:1), Rəşşad Eyubov, 77 (4:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov
Qəbələ şəhər stadionu

AZAL - "Qarabağ" - 0:1
Qol: Muarem Muarem, 63
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev
"AZAL Arena"