Portuqaliya Premyer Liqasında IX turun oyunları davam edir. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, milli komandamızın üzvləri Emin Mahmudov və Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta da növbəti matçını keçirib.

Doğma meydanda "Eştorillə qarşılaşan "damalılar rəqibin müqavimətini qıra bilməyiblər.

Kamran oyuna start heyətində başlayıb, 90 dəqiqə meydanda qalsa da, Emin matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, bu nəticədən sonra hesabında 10 xal olan "Boavişta turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.