Çempionatın ən vacib 3 xalından birini qazandıq. Bu stadionda oynamaq həmişə çətib olub. Buna görə də səhvlərimiz oldu. Amma buna baxmayaraq qələbə qazandıq. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. AZAL-a gəlincə, komanda günü-gündən güclənir. AZAL-a uğurlar arzu edirəm.

Unikal.org-un Qol.az-a istinadən məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 10-cu turunda AZAL-la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, komandanın zədəli futbolçuları Reynaldo və Miçelin son durumu haqda da danışıb. Bildirib ki, sözügedən oyunçuların Avropa Liqasının qrup mərhələsində PAOK-a qarşı oynayıb-oynamayacağına qarşıdakı günlərdə qərar verəcəklər:

"Həkimlərin fikri ilə qərar verəcəyik. Oynayıb-oynamayacaqları qarşıdakı günlərdə məlum olacaq. Bu gün Miçeli oynatmaq istəyirdim, amma həkimlər icazə vermədilər. Yəqin ki, PAOK-la oyunda adları iştirak ərizəsində olar".