Rusiyanın Surqut şəhərində azərbaycanlı faciəvi şəkildə ölüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Çexov küçəsində yerləşən ev 14/4-də baş verib.

1990-cı il təvəllüdlü gənc sevdiyi qızın yaşadığı binaya gələrək onu mənzilin girişində bıçaqlayıb. Döş və qarın nahiyələrindən bıçaq xəsarətləri alan 25 yaşlı qız hadisə yerindən qaçmağı bacarıb və ətrafdakıları köməyə çağırıb.

Gənc oğlan isə 9-cu mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Onun hadisəni törətdikdən sonra özünə sui-qəsd etdiyi də bildirilir.

Yaralı qız isə ağır vəziyyətdə yerli xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hadisədən bir müddət əvvəl gənc oğlan qızdan sevgi hisslərinə rədd cavabı aldığı üçün onu öldürəcəyi ilə hədələyib.

Qızın polisə şikayətindən sonra miqrant Azərbaycana deportasiya olunub. Lakin o, qisas almaq üçün yenidən Surquta qayıtmağı bacarıb.