Venesuelanın şimalında neft emalı zavodunda yanğın baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Puerto-La-Krus şəhərində yerləşən müəssisədə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub.

Zərərçəkənlər barədə məlumat yoxdur. Yanğının səbəbləri müəyyənləşdirilir.