"Gangnam Style mahnısının cənubi koreyalı ifaçısı PSY-nin "Gentleman adlı mahnısına çəkdirdiyi növbəti klipi də rekord qırıb.

Unikal.org xəbər verir ki, ifaçının klipinin izlənmə sayı bir milyardı keçib. Müğənni bu barədə "Twitter-dəki səhifəsində məlumat verib. Çarx 2013-ci ilin aprelində PSY-nin rəsmi kanalında yerləşdirilib.

Xatırladaq ki, ifaçının məşhur "Gangnam Style mahnısı 159 gün ərzində 1 milyarddan çox izlənmişdi. O, "Youtube-da indiyədək ən populyar video olaraq qalır. Oktyabrın 31-dək çarxın izlənmə sayı 2,6 milyardı keçib.