"Ölülər Günü" -Latın Amerikasında- əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaq olan  bir bayramdır. Adətə görə bu bayramın keçirildiyi günlərində ölü kostyumlarında rəngarəng karnavallar təşkil olunur. Müasir dövrdə hər il noyabrın 1 və 2-də qeyd olunur.

Unikal.org bildirir ki, "Ölülər Günü", "Hellouin"dən fərqli olaraq qorxutma məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır. Bu ənənə 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Meksikada "Ölülər Günü" həm ənənəyə, həm də şənliyə çevrilib. Ənənəvi olaraq "Ölülər Günü" hər ilin oktyabr ayının son günü və noyabr ayının ilk 2 günündə qeyd edilir. Qədim dövrlərdə adətən iyul-avqust aylarında keçirilsə də, Meksikanın işğalından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib. Adətə görə, noyabrın 1-i meksikalılar ölən uşaqları, noyabrın 2-si isə ölən böyükləri və yaşlıları yad edirlər. Bayramın adına baxmayaraq, burada həmin günlərdə heç bir bədnam hadisə baş vermir. Ölkə sakinləri ölü kimi geyinərək bəzənir; minlərlə insan özünü ölüyə bənzədərək, nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar. Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedən meksikalılar bu mərasimi yasdan şənliyə çevirirlər. Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur.






Картинки по запросу oluler gunu bayrami
Картинки по запросу oluler gunu bayrami
Картинки по запросу oluler gunu bayrami
Картинки по запросу oluler gunu bayrami
Картинки по запросу oluler gunu bayrami
Картинки по запросу oluler gunu bayrami
Картинки по запросу oluler gunu bayrami
Картинки по запросу oluler gunu bayrami
Картинки по запросу oluler gunu bayrami
Картинки по запросу oluler gunu meksikada