Aktyor Necati Şaşmazın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın 29 oktyabr- Cümhuriyyət Günü münasibəti ilə verdiyi qonaqlıqda iştirak etməməsi söz-söhbətə səbəb olub.

Unikal.org bildirir ki, aktyorun tədbirə, Prezident sarayına dəvət olunmaması xəbəri "Pana Film" tərəfindən təkzib edilib.

Şirkət açıqlamasında aktyorun dəvət edildiyi, lakin əvvəlcədən planlaşdırılımış xaricə səfəri olduğu üçün gecəyə qatıla bilməməsi deyilib.