Britaniyanın ən böyük aviaşirkəti, dünyanın ən məşhur və nüfuzlu aviaşirkətlərindən sayılan "British Airways"də böyük qalmaqal yaşanır. Aviaşirkətin təcrübəli pilotlarından olan Kolin Qloverin əxlaqsızlığı aşkarlanıb.

Unikal.org bildirir ki, BA pilotu idarə etdiyi sərnişin təyyarəsi səmada olanda pilot kabinində pornoqrafik jurnallar oxuyub, sonra da qadın corabları geyinərək ayaqlarını təyyarənin sükanına qoyaraq fotosunu çəkərək sosial şəbəkələrdə paylaşıb.

Kolin Qloverin sosial şəbəkələrdəki profillərində onun yarıçılpaq və çılpaq fotoları da az deyil. Həmin fotoların böyük qismi pilotun "iş" yerində, Boeing 777 sərnişin təyyarəsinin pilot kabinində çəkilib.

İngiltərənin Berkşir qraflığındakı Vindzor şəhərində doğulan və hazırda İrlandiyanın paytaxtı Dublində yaşayan 51 yaşlı Kolin Qlover bu fotoları çəkdiyini təkzib edir: "O fotoşəkillərdəki mən deyiləm".

BA isə 26 illik təcrübəyə malik pilotunu qalmaqalla bağlı işdən kənarlaşdırıb.(big.az)

Təyyarədə ƏXLAQSIZLIQ! Pilot porno jurnala baxıb... - FOTOLAR
Təyyarədə ƏXLAQSIZLIQ! Pilot porno jurnala baxıb... - FOTOLAR
Təyyarədə ƏXLAQSIZLIQ! Pilot porno jurnala baxıb... - FOTOLAR