Aktyor Çağatay Ulusoy gənclərə pis örnək olmaqda günahlandırılır.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Texnik Universitetinin professoru orhan Kural aktyordan şikayətçi olaraq onu gəncləri siqaret çəkməyə həvəsləndirməkdə ittiham edir. Kural məhkəməyə verdiyi ərizədə Ulusoyun "İnstaqram" səhifəsində tez-tez siqaretlə çəkilmiş fotolarını paylaşdığını bildirib.

Aktyorun 1 milyon 400 min izləyicisinin olduğunu vurğulayan Kural, "İki ağ-qara, siqaretli fotosu 173 min insan tərəfindən bəyənilib. Gənclərə təsir edən aktyorun heyranlarının çoxu məktəbli qız uşaqlarıdır. Bəyənənlərin 5 faizinə təsir etsə, bu rəqəm 87 min 500 olacaq" deyib.

Kural aktyorun "tütün məhsullarının istifadəsi" maddəsi ilə cəzalandırılmasını istəyib.