Hind aktrisası və model, 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olmuş Ayşvariya Rayın bu gün 43 yaşı tamam olur.

Unikal.org bildirir ki, Ayşvariya Ray (Baççan) 1 noyabr 1973-cü ildə Manqalorda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olan Ray, memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə almışdır.

"Dünya gözəli" titulunu aldıqdan sonra Bollivudda onu diqqət mərkəzində saxladılar. Kinoda ilk rolu 1997-ci ildə "İruvar" filmində olmuşdur. "Yalançı aşiq" filminə görə isə ən yaxşı debutant kimi mükafat almışdır. 2000-ci ildə "Əbədi səninlə" filmində ən yaxşı qadın roluna görə və 2001-ci ildə "Mükafata sevgi" filmində ən yaxşı aktrisa kimi mükafatlar almışdır.

2002-ci ildə onun və hind kinosunun ən uğurlu filmi "Devdas" Kann kinofestivalında nümayiş olunmuşdur. Tərəf müqavili Şahrux Xan olan bu film Hindistanda deyil, bütün dünyada çox böyük uğurla nümayiş edildi və Ayşvariya Rayın bir aktrisa kimi püxtələşdiyini sübut etdi. Ayşvariya özü isə 2003-cü ildə Kann kinofestivalın jüri üzvü seçilmişdir.

2004-cü ilə ilk ingilisdili filmdə - "Gəlin və mövhumat" da çəkildikdən sonra Hollivud artıq onunla maraqlanmağa başladı. O, ilk Hind ulduzudur ki, onun mum fiquru məşhur Madam Tyusso muzeyini bəzəyir.

Bir neçə il Salman Xan ilə nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə davam gətirməyərək ayrılır və bir müddət Londonda yaşamalı olur. Aktyor Vivek Oberoy ilə bir müddət görüşən Ayşvariya 2007-ci ilin aprelində Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççan ilə nişanlanır və apreldə evlənirlər.

Ayşvariya Ray sərbəst dörd dildə danışır: hind, ingilis, tamil və urdu. Loreal, Coca-Cola və DeBeers brilyantlarının simasıdır. Filmə görə qonorarı 15 milyon dollara çatır. Son çəkildiyi filmlər: "Ədviyyələr şahzadəsi", "Baltii və Babli", "Loknau gözəli", "Quru", "Codha və Akbar", "Xaos", "Atanın izi ilə", "Çəhrayı pantera -2". Hazırda aktrisa kino yaradıcılığını davam etdirir.

Картинки по запросу aisvarya rai baccan family
Картинки по запросу aisvarya rai
Картинки по запросу aisvarya rai
Картинки по запросу aisvarya rai
Картинки по запросу aisvarya rai
Картинки по запросу aisvarya rai
Картинки по запросу aisvarya rai
Картинки по запросу aisvarya rai abhisek
Картинки по запросу aisvarya rai abhisek

Картинки по запросу aisvarya rai abhisek
Картинки по запросу aisvarya rai abhisek
Картинки по запросу aisvarya rai family
Картинки по запросу aisvarya rai baccan family