Yataq otağında qeyri-adi hadisələrin baş verdiyini görən gənc qız otağına müşahidə kamerası yerləşdirib.

Unikal.org xəbər verir ki, gecə saatlarında otağındakı əşyaların hərəkət etməsindən şübhələnən gənc buna əmin olmaq üçün otağa müşahidə kamerası yerləşdirib.

Müşahidə kamerasının lentə aldığı görüntülərdə isə otağın qapısının açılması və digər qeyri-adi hallar əks olunub. Təlaşlanan gənc yuxudan yarımçıq oyanaraq çölə qaçıb və qapını kiminsə açıb-açmadığını öyrənmək istəyib. Məlum olub ki, qapını kimsə açmır.

Qeyd edək ki, görüntüləri izləyən bəzi şəxslər bunun kabus olduğunu bildiriblər.(publika.az)