Avropanın milli çempionatlarının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. 

Unikal.org-un apasport.az saytına istinadən məlumatına görə, qitənin ən yaxşı bombardirlərinin orta hesabla hər qola neçə dəqiqə sərf etdiyi üzə çıxarılıb.

Bu hesablama ilə Topaz Premyer Liqasının bombardiri Baqali Dabo Avropanın 1-cisidi. "Qəbələnin fransalı hücumçusu vurduğu 7 qolu meydanda olduğu 451 dəqiqədə rəqib qapılarından keçirib.

Dabonun hər qoluna orta hesabla, yuvarlaqlaşdırsaq 64 dəqiqə vaxt lazım gəlib. Belə göstəriciyə isə bütün Avropa həsəd apara bilər.

2-ci pillədə Klaudiu Keşeruqərarlaşıb. "Lüdoqoretsin futbolçusu hər 68 dəqiqədən bir fərqlənib. Siyahıda yer alan məşhur simalardan Edinson Kavani 77, Lionel Messi 82 dəqiqədən bir qol vurmağa müvəffəq olub.

Ümumilikdə isə yalnız 10 futbolçunun məhsuldarlığı hər 90 dəqiqəyə 1 qol vurmasına imkan verir. Bu cədvəldə "Böyük beşlik çempionatlarının ən yaxşı təmsilçisi Antoni Modestedi. "Kölnün üzvü hər 70 dəqiqəyə qol vurub.

1.Bagali Dabo("Qəbələ, Azərbaycan) - 64 dəqiqə

2. Klaudiu Keşeru("Lüdoqorets, Bolqarıstan) - 68

3-4.Antoni Modeste ("Köln, Almaniya) - 70

Musa Mareqa("Gimaraynş, Portuqaliya) - 70

5.Edinson Kavani(PSJ, Fransa) - 77

6-7.Lionel Messi("Barselona, İspaniya) - 82

Matt Derbişir("Omoniya, Kipr) - 82

8-9.Edin Dzeko("Roma, İtaliya) - 88

Saba Lobjanidze ("Çixura, Gürcüstan) - 88

10.Deni Alar("Şturm, Avstriya) - 89