Londonda yük maşını italiyalı şahzadə Filippo Korsinini vuraraq öldürüb.

Unikal.org-un verdiyi məlumata görə, qəza Naytsbric rayonunda Beynəlxalq İqtisadi Əlaqələrin tələbəsi olan Korsini dərsə gedərkən baş verib. O, aldığı travmalardan hadisə yerindəcə keçinib.

Qeyd olunur ki, Korsininin əcdadı Florensiyadan olan Papa XII Klimentdir. Hazırda onun ailəsi şərab və yağ istehsalı ilə məşğuldur.