Türkiyə İraq sərhədinə çoxlu sayda zirehli texnika və əlavə qoşun kontingenti cəmləşdirir.

Unikal.org xəbər verir ki, bu barədə NTV telekanalı hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, çoxlu sayda tanklar və digər zirehli texnika İraqla həmsərhəd Şırnak əyalətinə irəliləyir. Texnikanın mərkəzi əyalətlərdən göndərildiyi bildirilir.

Türkiyənin müdafiə naziri Fikri İşık bu məlumatı təsdiqləyib. O bildirib ki, hərbi texnikanın sərhəddə cəmləşdirilməsi bölgədə hadisələrin mümkün inkişafına hazırlıq məqsədi ilə həyata keçirilir. Nazir həmçinin qeyd edib ki, zərurət yarandıqda Türkiyə İraqın şimalında yerləşən Başik bazasındakı hərbi kontingentini gücləndirə bilər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraqla sərhəddə hərbi kontingenti gücləndirmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, İraqın Təl-Əfər şəhərində kompakt yaşayan türkmənlərə qarşı hər-hansı qüvvələr tərəfindən zor tətbiq edilərsə, Türkiyə buna "fərqli cavab verə bilər.