"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb. 

Unikal.org-un  məlumatına görə,Roman Qriqorçukun yetirmələri IV tur çərçivəsində "Sent-Etyeni qəbul ediblər.

İki həftə əvvəl səfərdə minimal hesabla məğlub olduğu rəqibi ilə bu dəfə doğma meydanda üz-üzə gələn"qırmızı-qaralar azarkeşləri önündə qrup mərhələsində ilk qələbə sevincini yaşaya bilməyib.

Oyuna qonaqlar fəal başlayıblar. Fransızlar ilk 20 dəqiqədə bir neçə epizodda hesabı açmağa yaxın olsalar da, son anda dəqiqlik çatmayıb. Hesabı ilə "Qəbələ" açıb. Ruslan Qurbanov 39-cu dəqiqədə qapı ağzında yaranmış qarışıqlıqdan məharətlə istifadə edib.

Bununla belə hissənin tamamına saniyələr qalmış rəqib hesabı bərabərləşdirib. Uzaq məsafədən gələn güclü zərbə Bezotosnı üçün qarşısıalınmaz olub.

Rəqibin cavab qoluna qədər isə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk hakimlə mübahisəyə qədər texniki zonaya yollanmışdı.

İkinci hissədə daha bir dəfə fərqlənən fransızlar yekunda qalib gəlməyi bacarıblar.

Qeyd edək ki, bu məğlubiyyətlə təmsilçimiz növbəti tura yüksəlmək şansını rəsmən itirdi.