Unikal.org bildirir ki, Avropa Liqasının IV turu çərçivəsində "Qəbələ ilə görüşdə "Sent-Etyenin qələbə topunu vuran Robert Beriç apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Oyunla bağlı qeyd etmək istədiyiniz məqam varmı?

- Yaxşı başlasaq da, erkən qol vura bilmədik. Sonradan rəqib oyunu bərabərləşdirdi. Hətta təhlükəli epizodlar da yaratdılar. İlk qolu da onlar vurdular. Standart vəziyyətdən hesabı açdılar. Ancaq burdan 3 xalla ayrılmalı idik. Fasilə ərəfəsində qol vurmağımız işimizi xeyli yüngülləşdirdi.

- İşinizi rəqib qapıçının səhvinin yüngülləşdirdiyini desəniz, düz olmazmı?

- Futbolda hamı səhvə yol verir. Qapıçının səhvi daha qabarıq görünür. Amma 90 dəqiqəni izləyəndə görürsən ki, bütün futbolçular az və ya çox fərqi yoxdu, səhvə yol verir. Əsas odu qələbə qazandıq. Buna görə də çox şadıq.

- Bu qələbə turnir cədvəlindəki mövqeyinizi yaxşılaşdırdı. Pley-off üçün şansınızın artdığını söyləmək olarmı?

- Turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırdıq, bu, faktdı. Hətta məqsədimizə çatmaq yolunda vacib qələbə qazandıq. Amma qarşıda iki tur var. Bu oyunlarda əsas rəqiblərimizlə qarşılaşacağıq. Elə pley-offa kimin yüksələcəyi də bu görüşlərdən sonra bilinəcək.

- Qrupda hər iki qələbəni "Qəbələ ilə oyunlarda qazanmısız. Deyəsən, rəqibin nəbzini tutmusuz?

- Hər iki qələbə çətinliklə əldə edilib. "Qəbələ əzmkar komandadı. Üstəlik, heyətlərində texnikası ilə seçilən futbolçular da var. Bu gün onlar da qalib gələ bilərdilər. Amma biz düzgün oynadıq və nəticəni aktivimizə yazdırdıq.

- Hakimin əksər qərarlarda lehinizə fit çaldığını necə, qəbul edirsiz?

- Hakimlə bağlı danışmaq istəmirəm. İspaniyalı referi bu cür oyunları daşıya biləcək gücdədi. Onun ədalətli qərarlar verdiyini düşünürəm.