Barak Obama da daxil olmaqla Amerika Birləşmiş Ştatlarının bütün prezidentləri İngiltərə kralı John Lackland-in soyundandırlar və biri-birilərilə yaxın-uzaq qohumdurlar. Təkcə, 8-ci prezident Martin Van Byürendən başqa.

Məlumdur ki, ABŞ prezidentlərinin ulu babaları John Lackland dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrixin qardaşı olub. Əfsanəyə görə, Robin Qudun mübarizə apardığı kral da, elə o olub.

Vikipediyaya inansaq, qohum prezidentlər arasında öz nəsil-nəcabətilə ən çox diqqət çəkən Barak Obamadır. O, İrlandiya kralı Brayn Bor (Brian Bor), İngiltərə kralı Conun nəvəsi I Eduard və Şotlandiya kralı I Vilhelmin nəslindəndir.

Nüfuzlu genosiyasi güclər Amerika prezidenti Barak Obamanın ana tərəfdən Dan (Dun) qəbiləsindən olduğunu bildirirlər. Elə anasının soyadı (Ann Dunham) da Amerika prezidentinin semit-hamit, Afro-Asiya kökənli olduğunu açıq-aşkar sübut edir.
Bəs görəsən, qara dərili bir afro-amerikan necə oldu ki, bu qədər uğur qazana bildi? Özü də prezident kimi...

Xüsusilə qeyd etmək lazımdır ki, daim əzilən afro-amerikanların böyük əksəriyyətindən fərqli olaraq Barak Obamanın damarlarında bir damcı da olsun Amerikanın qaradərili qullarının qanı yoxdur. Məsələ burasındadır ki, Barak Obamanın ana tərəfindən olan əcdadları - Edward Fitz Randolph (1607-”1684/5) və Martha Eltonhed (1628-1689) Kiyev knyazı Müdrik Yaroslavın (978 -” 1054) soyundan olan Şotlandiya kralı I Vilhelm (1143 -” 1214) və İngiltərə Kralı I Edvardın (1239 -” 1307) nəslindən olublar. Bundan başqa Obamanın əcdadları sırasında İngiltərə kralı Böyük Alfred (849 -” 899) və hətta Frank kralı Böyük Karlın adı var.

Ümumiyyətlə, Amerikanın biri-birinə qohum 43 prezidentindən 34-ü bir nəfərin - Böyük Karlın, 19-u isə birbaşa olaraq İngiltərə kralı III Edvardın soyundandırlar.
Necə ola bilər ki, 1776-cı ildə müstəqilliyini elan edərək Avropa monarxiyasından uzaqlaşan Amerikanın hər bir prezidenti Avropa monarxlarının nəslindən olsun?Əgər ABŞ prezidentləri həqiqətən də, hal-hazırda iddia edildiyi kimi, demokratiya yolu ilə seçilirlərsə, onda seçim hər dəfə ingilis və fransız kralları sülaləsinin təmsilçilərinin xeyrinə olmamalı idi. Araşdırmaların nəticəsi isə onu göstərir ki, ABŞ-da prezident seçkiləri heç də demokratik deyilmiş. ABŞ prezidentləri Avropa monarxiyalarının təmsilçiləri kimi "Kral sülaləsindəndirlər. Yəni, Amerikada monarxiya var və kökləri Avropaya dayanır.


ABŞ prezidentlərinin "Kral sülaləsinin prezidentləri olduğunu Devid Ayk, Maykl Tsarion və Frits Sprinqmayer kimi araşdırmaçılar elmi, tarixi-genealoji faktlara əsaslanaraq, sənədlərlə təsdiq edirlər. Bu sülaləni həm də "13 illuminati ailəsinin Merovinq və ya Vindsor- Buş qolu adlandırırlar.



Təkcə Corc Ulliam Buşun 16 keçmiş prezidentlə - Corc Vaşinqton, Milard Filmora, Franklin Pirs, Abraham Linkoln, Uillis Qrant, Rezerford Heyz, Ceyms Qarfild, Qrover Klivlend, Tedi Ruzvelt, Vilyam Taft, Kalvin Kulic, Herbert Huver, Franklin D. Ruzvelt, Riçard Nikson və Cerald Fordla birbaşa qohumluğu var. Albaniya kralı ilə də yaxın bağları olan Buşun Britaniya kral ailəsinin Vindzorlar Evindən olan hər bir üzvünə qohumluğu çatır. O, 20 Britaniya hersoqu ilə eyni geni daşıyır. Bundan başqa Britaniya kraliçası Yelizavetta və onun anası ilə 13-cü nəsil qohumudur. Onun əcdadları kral III Henri, II Karl və I Eduarddır.

Corc Buş həm də Con Kerinin uzaqdan-uzağa əmisi oğludur. Con Keri kral II Henri və "Şir ürəkli Riçardın nəslindəndir. Corc Buş qədər olmasa da, onun "royallara, Albaniya, İsveç, Norveç, Danimarka, Rusiya, Persiya və Fransa kralliyyətlərinin üzvlərinə qohumluğu çatır. İngilis və fransız monarxlarının övladları olan Buş və Keri qardaşları həmçinin, "Kəllə və sümüklər gizli tələbə cəmiyyətinin "gizli qardaşları kimi də tanınırlar. Bu cəmiyyət 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılıb. Corc Buş və Con Kerri 2004-cü ildə prezident seçkilərində rəqib olsalar da, eyni təşkilatda olduqlarını heç kim bilmirdi.

"Kəllə və Sümüklər təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri burdan idarə edirlər. "Kəllə və Sümüklərin İllüminatlar və Masonluq kimi gizli cəmiyyətlərin fəaliyyətlərindən təsirləndiyi ehtimal edilir. Hətta bəzi iddialara görə, "Kəllə və Sümüklər, əsasən, Avropada fəaliyyət göstərən İllüminatlar gizli cəmiyyətinin ABŞ qanadını təşkil edir.

Corc Buşun gizli qohumları siyahısı təkcə Con Keri ilə yekunlaşmır. Keridən əvvəl, hələ 2000-ci ildə prezidentlik uğrunda yarışlarda məğlub etdiyi Albert Qor da onun qohumu imiş. Albert Qorun I Eduardın, Roma imperatorları I və II Lyudviq, II Karl və birbaşa olaraq Böyük Karlın nəslindən gəlməsi onu Riçard Nikson və Corc Buşun uzaq qohumu edir. Bununla da məlum olur ki, 2000 və 2004-cü ildə Buşa qarşı olan demokrat namizədlər əslində onun əmisi uşaqları olub.

Tarix boyu ABŞ-da prezidentlik uğrunda yarışan hər iki namizəd kral nəslinin varisləri olub. Belə ki, Ağ Evə prezident qismində daxil olmağa çalışan istənilən namizədin kral nəslindən olması hər zaman vacib nüans olub.
Kral sülaləsi üzvlərini süni-siyasi Amerika dixotomiyası (- iki hissəyə bölmə - bu cür bölmə əməliyyatı gen konsepsiyasını təyin etmək vacib olduğu hallarda həyata keçirilir. Burada namizədlərin hər ikisinin kral geni daşıması vacibdir, -red.) vasitəsilə hakimiyyətə gətirməklə, köhnə monarxlar demokratik seçkilər pərdəsi altında öz taxt-tac hüquqlarını təmin ediblər. Hələ 1996-cı ildə bu cür taktikanın şahidi olmuşuq. O vaxt demokrat Bill Klintonun məğlub etdiyi respublikaçı Bob Doul onun doğmaca əmisi oğlu idi.

Ənənə bu gün də davam edir; ABŞ prezidentliyinə iki rəqib namizədlər, Hillari Klinton və Donald Trump da kral nəslindəndir. Son zamanlar ABŞ mətbuatında bunu təsdiq edən xəbərlər yayılıb. Bildirilir ki, Donald Tramp ana , Hillari Klinton isə ata tərəfdən biri-birilərinə qohumdurlar.



Tramp və Hillari İngiltərə kralı III Edvardın oğlu 1-ci Lankaster hersoqu Conun (John of Gaunt) 19-ci nəsilindən olan nəvələridir. Daha dəqiq desək, geriyə sayanda Trampın 17-ci babası Con Bofort (John Beaufort) və Klintonun 17-ci nənəsi Coan Bofort İngiltərə şahzadəsi Con Qontun 3-cü rəsmi nigahlı həyat yoldaşı Katrin Svinforddan olan övladlarıdır. Onu da qeyd edək ki, Katrin şahzadə Con Qontun qulluqçusu olub. Bundan başqa Trampla Hillarinin 18 ortaq nənə-babası var. Bununla demək olar ki, onlar "18 qatqohumdurlar.



Kral geni daşıyanlar iddia edirlər ki, onların əcdadları qədim dünya allahları olub. Onlar bir qayda olaraq qanlarının başqa qana qarışmasını istəmirdilər. Maraqlıdır ki, Amerikanın illüminatlar ailəsi və hakim elita da belə düşünür. Qədim Şumer, Babil, Misir rəhbərləri isə əksinə Avropaya can ataraq genlərinin kral geni ilə qarışmasını istəyirdilər. Çünki, onlar Britaniya üzərindən Avropanı və dünyanın bir çox ölkələrini idarə etmək məqsədi güdürdülər. Bir sözlə açıq kral sülaləsi diktaturası hökm sürürdü. İnsanlar bunun fərqinə varıb etiraz səslərini qaldıranda kral elitası "saman altından su yertiməyə başlayır, müasir cəmiyyət üzərində nəzarəti ələ keçirirdi.
azvision.az