Almaniya hakimiyyəti "Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberqə, həmçinin bu şirkətin top-menecerlərinə qarşı millətlərarası ədavətin qızışdırılması ittihamı üzrə cinayət işi açıb.

Unikal.org-un "Gazeta.ruya istinadən bildirir ki, Almaniyanın "Spiegel Online nəşrinin yazdığına görə, Zukerberqdən savayı, siyahıda "Facebookun icraçı direktoru Şeril Sebdberqin, Avropada şirkətin maraqlarını təmsil edən Riçard Allenin və onun Berlindəki həmkarı Yeva-Mariya Kirşziperin də adları var.

Cinayət işinin açılmasına səbəb Vürtsburq şəhərində yaşayan vəkilin şirkətə qarşı iddiası olub. Vəkilin bildirdiyinə görə, sosial şəbəkə istifadəçilərinin qətlə, zorakılığa, holokostun inkarına və digər hüquq pozuntularına çağırışlarına rəğmən, şirkətin rəhbərliyi buna qarşı heç bir tədbir görmür.