Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. 

Unikal.org saytının məlumatına görə, UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticələri açıqlanıb.

Qurumun saytının istifadəçilərinin əsas seçimi "Fənərbaxçanın futbolçusu Musa Sou olub. Seneqallı hücumçu azarkeşlərin 42 %-nin səsini toplayıb.

"Zenitin futbolçusu Juliano 2-ci (21%), "Anderlextin yarımmüdafiəçisi Nikolay Stançiu isə 3-cü olub (11%).

Qeyd edək ki, Musa Sou "Mançester Yunaytedlə oyunda qayçıvari zərbə ilə möhtəşəm qola imza atmışdı.