Döyüş sənətlərinə həsr olunmuş Rusiyanın məşhur "Boets info", WKF karate üzrə beşqat dünya çempionu Rafael Ağayev haqqında film çəkib.

Unikal.org boec-info.ru-ya istinadən xəbər verir ki, jurnalın "YouTube" kanalında filmin rəsmi treyleri yerləşdirilib.

Film azərbaycanlı karate ustası, beşqat dünya çempionu, onqat Avropa çempionu Rafael Ağayevin həyatına həsr olunub.