Çində aktyorluq və modellik kimi xarici görünüşün əhəmiyyətli olduğu işlərlə məşğul olan və son dərəcə aktiv bir həyat sürən 80 yaşındakı Wang Deshun cavanlara meydan oxuyur.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, Wangın 2 uşağı və 2 yaşında bir nəvəsi var. 
New York Timesa danışan 80 yaşlı "cavan" uşaqlığından bu yana idmanla həmişə maraqlandığını və hər gün üzdüyünü deyib. 

Wang bildirib ki, səhər saatlarında kitab və ya xəbərləri oxuyur. Daha sonra evinin yaxınlığında bir idman salonunda idman edir.

Wang bildirib ki, yemekler mövzusunda çox seçici deyil və nə istəsəm onu -‹-‹yeyirəm.

Çinin Shengyang şəhərində 1936-ci ildə dünyaya gələn Wang, 14 yaş tramvay sürücüsü olaraq işə başladı. Wang deyib ki, ktyorluğu, mahnı oxumağı, rəqs etməyi və alət çalmağı sevir: "İş yerindəki musiqi qrupuna qatıldım. Daha sonra bu mövzularda pulsuz dərslər aldım, hərbi bir fabrikdə işləməyə başladıqdan sonra da fabrikin sənət birliyinə qatıldım." 

Wang moda dünyası ilə əlaqəsini isə belə izah eedib: "1982-ci ildə Çinlilər çox dəbdən düşmüş geyimlər geyinirdi. Şəhərdəki ən böyük mağazaya gedib mənə ən yaxşı paltarlarını vermələrini və bir nümayiş edəcəyimi söylədim. Onlar da mənə kürk geyimlər verdi. Çinlilər də o zamanlar nə tərzi nə də rəng anlayışı vardı. Qara, ağ, boz və ya mavi geyirdilər, bəziləri də hərbi forma. Sıravi insanlar arasında moda anlayışı yaratmaq istədim. Daha sonra da bir mayo nümayişi etdik."