Bakıda qeyri-adi taksi fəaliyyət göstərir.

Unikal.org avtosfer.az-a istinadən bildirir ki, taksinin salonunda gördükləri mənzərə müştəriləri əməlli-başlı təəccübləndirir. Hüseyn adlı sürücünün idarə etdiyi taksinin salonunda müxtəlif işıq effektlərindən istifadə edilir və burada sərnişinlərə fərqli içkilər, su, qəhvə təqdim olunur. Avtomobilin salonunun dizaynı diskotekanı xatırladır.

Xanım müştərilərdən biri gördüklərindən təəccüblənərək bu görüntüləri qeydə alıb və sosial şəbəkələrdə paylaşıb.