Unikal.org xəbər verir ki, HDP funksionerlərinin həbsinə MHP sədri Dövlət Baxçalıdan da reaksiya gəlib.

Həmkarı Kamal Kılıçdaroğlundan fərqli olaraq Baxçalı bunun doğru qərar olduğunu bildirib: "Kim vətənə xəyanət edib terroru dəstəkləyirsə, məhkəmə qarşısında cavab verməli, layiq olduğu cəzanı almalıdır. Hökumətin parlamentə edam cəzası ilə bağlı təqdim edəcəyi qanuna da dəstək verəcəyik. Bizim bu mövzudakı mövqeyimizdə heç bir dəyişiklik olmayıb».

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlunun HDP-çilərin həbsinə münasibəti «millət vəkilləri seçki ilə gəlib seçki ilə də getməlidir. Siyasətdə qan davası olmaz» şəklində olmuşdu.