Kanadanın Hayda-Quai arxipelaqının yaxınlığında dalğıc Şon Smiriçinski dənizin dibində 1950-ci ildə Amerika ordusunun itirdiyi "Mark 4 atom bombasını aşkar edib.

Unikal.org bildirir ki, "The Guardian xəbər verir ki, 1950-ci ildə ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus B-36 bombardman təyyarəsi qəzaya uğrayıb. Hər iki mühərriki göydə olarkən alışmış təyyarənin pilotları bombanı Sakit okeana atmaq qərarı veriblər və katapultla canlarını qurtarıblar.

O zamandan bəri ABŞ hakimiyyəti israrla bildirir ki, həmin bombada plutonium başlığı olmayıb.

Kanadalı hərbçilər tapıntını tədqiq etmək fikrindədirlər.