Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva "Bizimləsən" verilişinə açıqlama verib.
Unikal.org-un məlumatına görə, mərhum sənətkarın bacısı bildirib ki, İ.Quliyeva qadın olaraq bədbəxt idi: "Onun ölümünə hələ də inana bilmirik. Təsəvvür də edə bilmirik. Ölüm xəbərini qızımdan eşitdim. Zəng elədi ki, mama belə şey eşitmişəm. Mən də dedim ki, ola bilməz, onu sevməyənlərin şayiəsidir. Daha sonra bacım qızına zəng elədim, o xəbəri təsdiqlədi. Dərhal İlhamə xanımın evinə getdim, gözümlə görəndən sonra inandım. İlhamə xanım neçə vaxt idi ki, xəstə idi, özünə baxmırdı. Heç kimə icazə vermirdi ki, ona xəstə kimi baxsınlar. Ovucla dərmanlar atırdı. Özünü çox istəyirdi, baxımlı xanım idi. Xəstəliyini qəbul etmirdi. Son vaxtlar ölümdən çox danışırdı. Dərdini tamaşaçıya çatdırmağa qıymırdı. Sənəti, şöhrəti görüb, gözəl həyat yaşayıb. Amma bir qadın olaraq çox bədbəxt qadın olub. Mənə dedi ki, ən böyük arzum odur ki, məni dəniz qədər çox sevsinlər".