Antaliyada 4 ildir şəhərlərarası avtobus sürücülüyü ilə məşğul olan 31 yaşındakı 1 uşaq atası Əli Yılmaz, avtobusunun təmizliyini edərkən əllərində dəmir çubuq olan 2 adamın hücumuna məruz qalıb.

Unikal.org xəbər verir ki, hücumda başına ağır zərbələr alan Yılmazın həyatla ölüm arasındakı mübarizəsi dəqiqəbədəqiqə kameralara əks olunub.

Aldığı ağır zərbələr səbəbiylə qanlar içində qalan Yılmaz, can hayında verdiyi mübarizə sonunda təcavüzkarların əlindən güclə qurtarıb. Polisi sürücüyə hücum edən 2 nəfəri axtarır. Başınan 10 santimetirlik tikiş atılan Yılmaz, yaşadığı dəhşəti Hürriyyətə danışıb.

"Reysə çıxmazdan əvvəl avtobusun təmizliyini etməyə başladım. Bu zaman biri arxa, digəri orta qapıdan iki adam avtobusa girdi. Əvvəl təpik və yumruqla daha sonra isə dəmir çubuqla mənə vurmağa başladılar. Bir anda nə baş verdiyini anlamadım. Döyüldüyümü gördüm. Başımın arxa hissəsində böyük zərbə aldım. Tam şüurumu itirmək ərəfəsində 112 nömrəli qaynar xəttə zəng etdim. Əgər polisə zəng etməsəydim qan itkisindən öləcəkdim".

Yılmaz hücumun oğurluq məqsədi daşımadığını deyib: "Bir gün əvvəl şofer yoldaşım bir qadınla sözləri çəp gəlmişdi. Onun yaxın adamları həmin şoferi məni bilib, gəlib döyüblər".