Dünyada nüvə silahları vasitəsilə ola biləcək müharibədən sonra insanlar nüvə qışı şəraitində sağ qala biləcəklərmi?

Unikal.org bildirir ki, Life Noggins adlı YouTube kanalı böyük olmayan ərazidə partlamış 100 nüvə bombasının fəsadları haqqında video hazırlayıb. Nüvə qışı, irimiqyaslı nüvə müharibəsi sonrası fərziyyəyə əsaslanan Yer kürəsinin iqlim şəraitidir. Adətən güman olunur ki, nüvə bombasının partlaması nəticəsində stratosferə yüksək miqdarda tüstü və his buraxılan zaman planetdəki temperatur, günəş şüalarının sayının azalması hesabına aşağı düşür. Lakin insanlar nüvə qışına dözə biləcəklərmi? Qısa olaraq "çox güman ki, yox cavabını vermək olar. Lakin tam geniş cavab müharibəyə hansı ölkələrin daxil olacağı, nüvə bombalarının harada və hansı gücdə partlaycaqları faktorlarından asılıdır. Bütün faktorları nəzərə almaq mümkün olsa da bir xeyli çətindir.

Life Noggins kanalı aydın şəkildə başa salır ki, əgər Pakistan ilə Hindistan arasındakı ərazidə 100 ədəd nüvə bombası partlası onda tərkibində yüksək miqdarda olan karbon, stratosferə qalxaraq gün şüalarını udacaq. Bu isə stratosferdəki temperaturun artmasına, lakin Yer kürəsinin səthinin və dünya okeanının temperaturunun aşağı düşməsinə gətirib çıxaracaq. Ozon qatı da bu hadisədən zərər çəkəcək. Nəticədə kənd təsərrüfatı yararsız hala düşəcək və insanlar aclıqdan tələf olacaqlar. Bu cür şəraitdən yalnız 5 il sonra Yer kürəsindəki temperatur 1 dərəcə aşağı düşəcək, ozon qatı isə yavaş-yavaş özünü bərpa etməyə başlayacaq. Çox qorxunc səslənir elə deyilmi? Lakin nəzərə alaq ki, bu misalda yalnız 100 ədəd nüvə bombasından istifadə olundu. Dünya üzrə bir çox ölkələr külli miqdarda nüvə bombalarına sahibdirlər. Ümumi rəqəm isə 15000 ədəd nüvə bombası edir. Onların hamısından müharibədə istifadə edilsə onda bizi ən böyük təhlükə gözləyir.(technote.az)