Qırğızıstan parlamentində deputatlarla daxili işlər naziri vəzifəsinə namizədin arasında maraqlı dialoq yaşanıb.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, daxili işlər naziri vəzifəsinə namizəd olan Ulan İsrafilov Qırğızıstan prezidenti Almezbek Atambayevin keçmiş cangüdənidir.
Hakim Sosial Demokrat Partiyası onun namizədliyini daxili işlər naziri vəzifəsinə irəli sürüb.
Hökumətin yeni tərkibinin təsdiqi məsələsi parlamentdə müzakirəyə çıxarılıb.
Nazir postuna namizəd olan Ulan İsrafilov isə parlamentdə deputatların ən sadə suallarını belə cavablandıra bilməyib.
Qırğızıstan parlamentində daxili işlər naziri olmaq istəyən Ulana İsrafilovun deputatlar tərəfindən sorğu-sualını təqdim edirik:
Deputat Omurbek Tekebayev:Qarşınızda nazir vəzifəsinə namizəd olan Ulan İsrafilov əyləşib. Lakin çətin suallara onun əvəzinə baş nazir cavab verir. Gəlin, mən bir az asan sual verim. Siz hökumətə üzv olmaq istəyirsiniz. Bizim hökumətdə neçə üzv var?
Ulan İsrafilov bu suala cavab verə bilməyib.
Omurbek Tekebayev:Cavab yoxdur. 22 nəfər. Siz iyirmi ikincisiniz.
Tekebayev suallarına davam edib: İkinci sual - bizdə neçə rayon və şəhər polis idarəsi var?
Ulan İsrafilov:Hər şəhərdə dörd rayon polis idarəsi var.
Omurbek Tekebayev:Mən ümumi Qırğısıztan üzrə soruşuram.
Ulan İsrafilov:Onda mən dəqiqləşdirmə aparmalıyam.
Omurbek Tekebayev:Bilmirsiniz, amma bilməyiniz yaxşı olardı. Deyirsiniz ki, islahatlar aparacaqsınız. Dörd prioritet məsələni qeyd edin. Nə edəcəksiniz? Cavab yoxdur. Sizinlə bağlı hər şey aydındır.
Qeyd edək ki, ötən ay Qırğızıstan Konstitusiyasının orijinalının itməsindən sonra ölkədə hökumət böhranı baş verib. Əvvəlki koalisiya hökuməti dağılaraq, yenisi qurulub. Yeni hökumətə Sooronbay Jeenbekov başçılıq edəcək. Parlamentin sonuncu iclasında Sooronbay Jeenbekovun təklif etdiyi yeni hökumətin tərkibi 120 deputatdan 112-sinin səsi ilə təsdiq olunub.