Bakıda məcburi köçkünlər etiraz aksiyası keçirirlər.

Unikal.org xəbər verir ki, "Qafqazinfoya daxil olan məlumata görə,Xətairayonu,Gəncəprospekti 20 A-da toplaşan vətəndaşlar etirazlarını yolu bağlayaraq ifadə edirlər. Həmin ərazidəki yarımçıq tikilmiş binanın sakinləri yaşadıqları 16 mərtəbəlinin qəzalı vəziyyətdə olduğunu bildiriblər.

Onlar binada çatlar yarandığını və sürüşməyə məruz qaldığını qeyd edirlər. Məcburi köçkünlərin tələbi problemin həll edilməsidir.

Həmin görüntüləri təqdim edirik: