Gürcüstan XİN rəhbəri Mixail Canelidze martın 6-da Azərbaycana rəsmi səfərə gəlir.

Unikal.org xəbər verir ki, bunu Trend-ə diplomatik mənbə deyib.

O, martın 7-də ölkənin rəsmi şəxsləri ilə danışıqlar aparcaq, danışıqlar zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Danışıqlarda, həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.