Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin orta məktəbdə oxuduğu illəri əks etdirən məzun fotosu yayılıb.

Unikal.org xəbər verir ki, bu fotoşəkili Modern.az-a Azərbaycan prezidenti ilə eyni sinifdə oxumuş Rauf Həsənli təqdim edib. Tanınmış tərcüməçi və jurnalist Rauf Həsənli 1960-cı ildə Bakıda anadan olub. O, Azərbaycan İqtisadiyyat Universitetini bitirəndən sonra biznes və xarici iqtisadi əlaqələr ixtisası üzrə Rusiya, ABŞ və İngiltərədə təhsilini davam etdirib. R.Həsənli dövlət vəzifələrində və ictimai postlarda çalışıb. O, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında aktiv iştirak edib. 

Hazırda Rusiyada yaşayır. 

R.Həsənli Rusiyanın tanınmış yazıçısı Mixail Ozerovun "İlham Əliyev: mən Azərbaycanıma inanıram" kitabının ingilis dilinə tərcüməsinə baş redaktorluq edib. 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 6 saylı orta məktəbdə təhsil alıb.