"Ayıb olsun o şəxsə ki, həmin videonu üzə çıxarıb yaydı. Sən kişisənsə, kişi qızısansa sən bunu vaxtında etməli idin. Xoşqədəm mənim rəfiqəm deyil. Mən onun verilişində və yaxud evində 24 saat oturmuram. Ayıbdır. Yaraşmaz. Adam kişi olar.

Respublikanın xalq artisti, professor Afaq Bəşirqızı Unikal.org-a geniş müsahibə verib. O müsahibəsində yaradıcılığı ilə yanaşı, günün aktual mövzularına da toxunub.

- İlk olaraq istərdim ölkədəki teatrların vəziyyətindən danışasınız...

- Azərbaycan teatrlarının ümumi vəziyyəti qənaətbəxşdir. Əla deyə bilmərəm, amma pis deyil.

- Tamaşaçı azlığı varmı?

Image result for Afaq Bəşirqızı

- Səməd Vurğunun məşhur şeirində deyilir: "Çörək bol olarsa, basılmaz vətən. Problemsiz insan yoxdur. O porblemləri həll edə bilim ki, gəlib oturub tamaşaya baxım. Tamaşalar təşkil olunur. Biletlər idarəyə paylanır. Gəlib kassalardan da alanlar var. Amma kassalardan alınan biletlər mütləq reklamla satılmalıdır. Çox vaxt teatrın maddi vəziyyəti imkan vermir ki, reklam yaysın. Bəzən rekalamlar həddən çox baha olur. Belə deyək ki, baş girlənir. Mən tamaşalarımın tamaşaçılarından narazı deyiləm.

- 90-cı illərdə tamaşaya baxmağa daha çox adam gəlirdi. Müşahidərlərimə əsasən deyə bilərəm ki, bu gün say azdır. Sizcə bu nə ilə bağlıdır?

-90-cı illərin həyat tərzi ilə indinin arasında çox fərq var. Bütün dünyada bu fərq hiss olunur. Biz hazırda Azərbaycan teatrından danışırıq. Ancaq ümumilikdə bütün dünyada incəsənət və teatr sahəsi çox axsayır. Hətta "La Skalanın özündə bu dəqiqə müəyyən tamaşlar var ki, onlara azdan-çoxdan gələnlər var. O illərlə müqayisə edəndə gərək əsərləri, aktyorları, sonda da böhran vəziyyətini müqayisə edəsən. Baş verən böhran da böyük rol oynayır.

-Tamaşaların reklamla bağlı probleminə toxundunuz. Sizcə çıxış yolu nədədir?

-Reklam problemindən çıxış yolu üçün konsepsyia hazırlanmalıdır. Reklam şirkətləri tərəfindən teatrlara müəyyən güzəşt olunmalıdır. Əvvəllər hansısa aktyor, incəsənət işçisi verilişə gedəndə oradan qonorar alırdı. Bu gün qonorar ümumiyyətlə ləğv edilib. İndi verilişə hansısa tanışın, dostun xatirinə gedirlər. İstənilən verilişə çıxmaq üçün o incəsənət işçisinə ən azından 100 manat lazımdır. Bəzi teleşirkətlərin beynində belə bir fikir formalaşıb ki, efirə dəvət etdiyi sənətçini, artisti reklam edir. Bu daha çox müğənnilərə aiddir, nəinki biz aktyorlara. Problemlərin yaranmasının əsası da buradan başlayır. İnsan özünə nə qədər qiymət versə ətrafdakılar da qiymət verəcək. Birinci insan özü-özünə qiymət verməlidir. Sən hər iki gündən bir bayağı verilişlərə çıxırsan, axmaq-axmaq suallar verirsən, öz mətbəxini, problemini insanlara açırsansa, sənin bir sənətkar kimi qiymətin olmayacaq. Sənə həmişə reklam da baha olacaq.

-Afaq xanım, Siz niyə efirlərdə az görsənirsiz?

Image result for Afaq Bəşirqızı Saleh

-Efirlər, oradakı verilişlər məni maraqlandırmır, zövqümü oxşamır. Ora getməkdənsə, getməməyi daha üstün tuturam. Mənə hərdən zəng edib verilişə çağırırlar. Baxmadığım veriliş olanda bir həftə vaxt istəyirəm. Girib internetdə həmin verilişə baxıram, oradakı ab-havanı görəndən sonra məni verilişə dəvət edənə zəng edib etiraz edirəm. Deyirəm, sən məni hansı sferada tanıyırsan ki, məni bu verilişə çağırırsan? Aparıcıya deyirəm ki, keçən dəfə efirə dəvət etdiyin adam sənin suallarını cavablandıranda onu nə dərəcədə qiymətləndirə bildin? O sənətkar deyildi, verilişə gələn sənətkal idi. Mənə zəng edib deyirlər ki, Afaq xanım, istəyirəm mənim verilişimdə iştirak edəsiniz. O verilişə gəlsəm sənətkarlığı bir kənara qoymalı, sənətkal titulunu götürməli olduğumu bildirirəm.

-Azərbaycanda televiziya efirlərində bəyəndiyiniz verilişlər yoxdur?

-Bu suala daha çox yox cavabı verərdim.

-Tanınmış aparıcılar var. Onları bəyənirsinizmi?

-Bu yaxınlarda Nərgiz Cəlilovanın "Tanınmışlar verilişinə çəkildim. Aztv-də çox gözəl bir layihə qurulmuşdu. Gənc müğəninin sevdiyim mahnını ifa etməsi mənə zövq verdi. Nərgiz Cəlilovanın verdiyi gözəl suallarla ahəng təşkil etdi. Mən əvvəlcədən sualları bilmək istəmirəm. Suallara ekspromt cavab verməyi xoşlayıram. Nərgizin verilişini çox bəyənirəm. İctimai Televiziyada "Səhər verilişinin aparıcısı Saleh teatr aləminə, mənim ruhuma daha yaxındır. Özləri də bilirlər ki, mən tez-tez verilişlərə getməyi xoşlamıram. Ağıllı aparıcıların verilişlərini bəyənirəm, iştirak edirəm. Demirəm ki, verilişlərin hamısı pisdir. Əlbəttə, yaxşıları var. Amma pislər daha çoxdur.

-Qonorar məsələsinə toxundunuz. Hazırda Türkiyədə belə bir məsələ var. Ola bilərmi ki, Afaq xanım televiziyalara konkret şərt qoysun ki, verilişə qonorar müqabilində qatılacaq?

-Bizdə elə sənətkar var. Onun ehtiyacı yoxdur, amma qonorar istəyir. Bu qonorardan ona görə danışdım ki, əvvəl bütün teleşirkətlərdə, teatrın özündə də var idi. Hazırda müəyyən dövlət tədbirləri istisna olmaqla qonorar ləğv olunub. Bu da incəsənət xadimlərinin onsuz da çətin vəziyyətində özünə xərc qoyub efirə gəlməsi, aparıcının axmaq sullarına cavab verməsi, inanın ki, mədəniyyətə çat verir. Hazırda mədəniyyət təbliğatların bir növü anti-siyasət, anti-mədəniyyət təbliğatı daşıyır. Ona görə, gedəcəyin veriliş haqqında məlumatın olmalıdır. Aparıcının kimliyi, onun şəxsi keyfiyyəti barədə bilmək vacibdir. Burada aparıcıların 99 faizi xoruz döyüşdürür. Mən bir dəfə teleşirkətlərin birində mühüm vəzifəsi olan dostuma etirazımı bildirdim. Dedim, sən kimin oğlusan, bu nə verilişdir sənin kanalında gedir?Ayıb olsun! O da bu verilişdən reytinq götürdüklərini dedi.

-Böyük kino şirkətlərindən nə zamansa dəvət almısınızmı?

-Mən Azərbaycan Respublikasında yaşayıram. Təbliğatım və arenam geniş deyil. Afaq Bəşirqızı kimi sənətdə çox böyük riskli addımlar atdım. Əlbəttə, öz gücümə inandım. Moskvada Bəşir Teatrı açdım. Həmin teatrla Rusiyanın 26, dünyanın 11 şəhərini gəzdim. Hətta, Bakıya da qastrol səfəri təşkil etdim. Rus Dram Teatrının aktyorlarının gücü, Tahir Tahirovun rəssamlığı ilə tamaşalar oynadım. Mənim gücüm buna qədər çatardı. Tək idim. Sağ olsunlar Moskvadakı dostlarım. Məmməd Cavadova öz təşəkkürü bildirirəm. Dəstək oldu ki, bu işi gördüm. Xaricdən Azərbaycan aktyorunu dəvət edib çəkən olmayıb. Biz dəvət edə bilərik. Amma bizi dəvət etmək bir az çətin məsələdir. Amma biz "Əli və Nino kimi filimi xaricilərə və Gürcülərə verdik. Taryel Qasımov, Rasim Balayev Orta Asiya ölkələrinin çox filmlərində çəkildi. Orta Asiyadan o tərəfə mənim yadımda deyil.

-Özünüz serialların birində çəkildiniz. Hazırda serialların vəziyyəti necədir?
Related image

-Vallah deyəcəm bir az söz-söhbət düşəcək. "Qaynanam serialına çəkildim. Əvvəl seriala Milli Televiziya və Radio Şurası (MTRŞ) qadağa qoydu. Bu filmdə onların xoşuna gəlmyən aktyorlar tərəfindən frazalar işlənmişdi. Buna görə filimin yayımı dayandırıldı. Ondan sonra MTRŞ-nin . "Qaynanam serialında tutduğu nöqsanı görmədiyimə görə seriala çəkilmədim. Çox istəyərdim ki, indi MTRŞ efirdəki açıq biyabırçılıqları görəydi.

Seriallarda gəlin komediyadan ümumiyyətlə danışmayaq. Artıq seriallarda gülüş yox sırtıxlıq var. Artıq komediyamızda sürüşkən bir sırtıqlıq gedir. İfadəmə görə üzr istəyirəm.

Bizim son dövrlərdə çəkilən "Aktrisa, "Axına qarşı, "Nabat və "Dolunu bəyənirəm. Təəssüflər olsun ki, müharibədən çəkilən "Dolunun əvəzinə hanısa lazımsız verilişlərə yer verilib. Çünki filimin televiziyada yayımlanması üçün də sponsor lazımdır. İndiki vəziyyətdən çıxışla bağlı konsepsiya hazırlanmalıdır. Bu konsepsiyanı da yeri səhv düşən insanlar hazırlamamalıdır. Çünki, onun hazırladığı da yeri kimi səhv olacaq.

-Bəzi gənc aktyorlar özlərindən razılıq ifadə edirlər, müsahibələrində bəzən yaşlı aktyorları bəyənmədiklərini ifadə edirlər. Bunlra münasibətiniz maraqlı olardı...

-Mənəm-mənəm deyən aktyordan aktyor olmaz. Ağac bar verdikcə başını aşağı əyər. Sənətkar özünə heç vaxt sənətkar deməməlidir. Gənc aktroy özünə sənətkar deyib köhnələri bəyənmirsə, o başından böyük qələt edir. Bu övladın valideyinlərinə qarşı çıxmasıdır. Ən azından köhnə aktyorlar öz teatr salnaməsində tarixlərini yazıblar. Üzümü həmin insanlara tuturam: Sən nə edəcəksən ay bədbəxt? O aktyorlar 120 manat maaşa işləyib, teatrda acından ürəkləri gedib, ancaq Şekspiri, Axundovu yaradan aktyorlar olublar. Amma sən bu isə 5 manat pula görə konsert salonlarında biabırçılıqlar edən, pul arxansınca qaçan adamsan. Sən necə köhnə sənətkarları bəyənməyə bilərsən?

-Gənc aktyorlardan kimi bəyənirsiniz? Varmı belələri?

Related image

-Əlbəttə var. Coşqunu, Rəfaeli çox bəyənirəm. Amma həmişə demişəm ki, mən onları teatrda görürəm. Cabirin və Tahirin öz yanaşması var. Onlar sözlərini deməyi bacarırlar. Mən belə başa düşürəm ki, onlara olmaz-olmaz "zapretləri azdır. Bu qardaşlar heç olmasa hansısa bir haqsızlığı bir parça ilə tamaşaçıya çatdıra bilirlər. Bir sözlə qardaşları, Dilarə Əliyavanı, Tünzalə Əliyevanı (toppuş bacı) özünü çox bəyənirəm. Bu adamlar teatırın maddi durumunun az olmasına baxmayaraq daşlı-kəsəkli yolları fəth etməlidirlər. Onu da teatrda görmək istəyirəm. Onlar qorxmamalıdırlar. Gəlsələr teatırlara uğurları daha da artar. Teatr sənət bənməyidir.

-Siz eyni zamanda pedaqoqsunuz, professorsunuz. Tələbələrinizdən gələcəyinə ümidlər bəslədikləriniz varmı?

-Səhhətimlə əlaqədar olaraq 5-ci ilə keçir ki, dərs demirəm. Mənim keyxanım kimi tanınan Ülviyə Əliyeva, Şeron qrupundakı Ülvi kimi tələbələrim var. Mən böyük ürəklə estafeti Ülviyəyə verirəm. O mənim rolumu oynayır. Ülviyənin elə bir dövrüdür ki, o püxtələşir və daimə rejissor nəzarətində olmalıdır. Çünki onun yaradıcılığı sürüşə bilər.

-Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mətbuat gündəmi olan bir çox hadisələr baş verdi. Fuad Poladov adıçəkilən teatrdan getdi. Bunlara münasibətiniz necədir?

-Müəyyən işlərdə, sənətkar çox həssas olur. Hərdən o içindəki narazılığı üsyana çevirir. Bunu da teatrdan getməklə edir. Nəzərə almaq lazımdır ki, o teatrda mənim dostum var. Mən dostuma, dostum da mənə görə bu teatra gəlibsə, onunla ümumi dil tapmalı idim. Dil tapa bilmirəmsə, bəs dostluq? Axı incəsənət aləmində dost tapmaq o qədər də asan məsələ deyil. Bu cameədə sözün əsl mənasında yaxşı paxıllıq var. Amma incəsənət xadimləri ilə münasibət qurmaq çox çətin məsələdir. Eləsi var ki, heç kimlə yaxın ünsiyyətdə olmur, dostluq etmir. Zəng edirsən, bütün problemlərinin həlli üçün əlindən gələni edirsən. Ancaq çörək kəsmək məsələsi bir az çətindir. Çörək kəsdiyin insan sabah o çörəyi tapdalamağama imkan verməməlidir. Müəyyən məsələlər var ki, tamaşaçı qarşısında bu mətbəx açılmamalıdır.

-Müsahibələrinizdən birini oxudum. 2010-cu ildə Ramiz Əzizbəyli deyib ki, Afaq Bəşiqızını kinoya mən gətirmişəm. Siz də ona cavab vermisiniz...Hazırda münasibətləriniz necədir?

Image result for Afaq Bəşirqızı Ramiz Əzizbəyli

-Olub keçib. Ramiz jurnalistin ona verilən sualını araşdıralı idi. Bu da onun halal xoşu olsun. Mən Ramiz Əzizbəylinin ətini yesəm də sümüyünü atmaram fikrini sələndirdim. O vaxt da belə demişəm. Afaq Bəşirqızı hər zaman öz yerini bilən olub. Ona uyğun olmayan yerdə dayanmayıb.

-Sizə qarşı insanların münasibəti əvvəl olduğu kimidirmi? Rayonlara toya gedirsinizmi?

-Vallah rayonlara toya getmirəm. Şəhərdə mən bir o qədər toya getmirəm. Sağ olsunlar. Münasibət hər zaman var. Elə olur ki, müəyyən bir dairəyə zəng edirsən canla-başla cavab verirlər, 1 gün keçmir ki, məsələ həll olunur. İndi səhhətimə görə, bağda qalıram. Çox öyrəşmişəm bağa. Qonşular dua edirlər ki, nə yaxşı Afaq xanım buradadır. Qazımız, suyumuz vaxtında gəlir. Mən hər zaman demişəm, kreslo insana yox, insan kresloya gözəllik verir. Onlar mənə bu qədər qayğı, hörmətlə yanaşırlarsa, bu böyük işdir. Hərdən belə fikirləşirdim ki, axı, niyə mən bu sənətə gəldim. Amma indi bu sənətin sahibi olduğuma görə şükür edirəm. 24 saatda 24 milyon problem bir insanın üstünə düşəndə onu həll edə bilirsənsə böyük qəhramansan. Problemlərinin həllində sənətin, ailən, sənə olan hörmət kömək edirsə, bu böyük işdir.

-Problemlərinin həlli ilə bağlı sizdən xahiş edənlər çox olurmu?

-Belə məsələni danışmağı sevmirəm. Amma saysız, hesabsızdır. Bunu incəsət xadimlərindən, teatrda kimdənsə soruşasınız yaxşı olar. Əl tutmaq Əlidən qalıb. Hamıya əl tutmalıyıq.

-Bəs, zəng edəndə nazirlər telefonunuza cavab verirlərmi?

-Əlbəttə.(Gülür)

-Ən çox hansı məsə ilə bağlı müraciət edirsiniz?

-Onu deyə bilmərəm (gülür-red). Mən nazir tanıyıram, incəsənət xadimlərinin həyatında çox önəmli rol oynayıb. Onların balarını işə götürüb. Həyatda olmayanların övladlarına çox köməkliklər edib. Nazirlər olub ki, yubileyimdə gözləmədiyim jesti ediblər. Nazir var ki, külli miqdarda vəsait tələb olunan problemi təmənnasız həll edəni olub. Mən müraciət etmədən, ağız açmadan həmin insan kimlərdənsə eşidib mənə köməklik edib.

-Hansısa nazir yubeliyinizdə hədiyyə göndərib, təbrik edibmi?

-Bəli olub.

-Ən çox xoşladığnız həddiyyə hansıdır?

-Ən xoşladığım hədiyyə fransız ətridir. Zinət əşyalarını az miqdarda xoşlaya bilərəm. Vacib deyil ki, mən onu taxım. Bir də rəsm əsərlərini çox sevirəm.

-Hansısa nazir bu dediklərinizdən Sizə hədiyyə edibmi?

Image result for Afaq Bəşirqızı 60 illik yubleyi

-Mənim boyu 1.98 metr olan evdə ərim var (gülür). İndi 62 yaşım var. Cavanlıqda da mənə bayağı nəsə yapışmırdı. Hər zaman mənə kişi kimi baxıblar. Mənim nazir dostlarım var ki, hər hansı bir imkansız üçün ağız açmışam məsələni həll edib. Başqa bir söhbət ola bilməz. Yaşar Nurininin neçə illər yaşamasına səbəbkərı müəyyən nazirlər olub. Onun vəziyyəti ilə bağlı nazirə telefon açdım. Dedim, Yaşar bu dərdə tutulub. Nazir onu öz şəxsi miniyi ilə apardı, xərcini çəkdi. Sonradan bunu müəyyən incəsənət xadimlərinin adı ilə bağladılar. Ömrünün sonunda da öz cibinin pulu ilə xəstəxana vəsaitini ödəyə biməyən aktyorun məsrəflərini nazir ödəyib. Azərbaycanda olmadığı halda belə bu addımı atıb. Amma bunu qeyd etməkləri bir kənara, onu tənqid elədilər. Mən onların adını çəkərəm. Ancaq Afaq olaraq bu mənə yaraşmaz. Çünki onlar hazırda nazirdirlər. Elə başa düşərlər ki, mən hansısa bir məqsəd üçün onların adını çəkirəm. Allah onlara kömək olsun. Çox istərdim ki, həmin insanlar vəzifədə daha çox olsunlar. İnsanpərvərliyin, Azərbaycançılığın bu günki vəziyyətinin yaxşılaşmasında belə nüansların rolu çox böyükdür.

-Dolların qalxması Sizin də büdcənizə təsir edibmi?

-Heç vecimə də deyil. Cəhənnəmə artsın(Gülür). Amma ümumilikdə hamımız onun mübarizəsini aparmalyıq ki, əgər mənim milli valyutam manatdırsa, mənə gələn mallar dollarla hesablanırsa, bunun baş verməməsi üçün mübarizə aparmalıyıq. Dövlət tədbirlərində bulvara çıxın, iynə atsan yerə düşməz. Hətta ətraf rayonlardan gəlib orada çıxış edən müğənnilərin alt-üst paltarlarına tamaşa edirlər. Mən demirəm gəlməsinlər. Birinci növbədə onlar öz rayonlarında təsərrüfatlarına zaman ayırmalıdırlar. Özləri öz maddi rifahlarını yaxşılaşdırmalı və sonra gəlib Afaqın tamaşasına baxmalıdırlar. 16-17 yaşlı qızı qaçırıb gətirirlər. Burada "navastroykaların padvallarında karton yapışdırıb uşaq əkirlər. Sonra da çıxıb verilişlərdə kimlərdənsə kömək istəyirlər. Bu düzgün iş deyil. Bu namus, qeyrət deyil. İnsan nə qədər verilişə çıxar ər, arvad, oğul, ana axtarar. Bunun üçün aidiyyatı nazirliklər var. Zəhmət çəkib aidiyyatı qurumlara müraciət etsinlər. Əgər həmin qurumun işi onları qane etmirsə, müəyyən dairələrə şikayət etsinlər edib bu nazirliyin ləğvini tələb etsinlər. Mənim ürəyim ağrıyır ananın öz uşağını yolçuluğa sövq etdiyini görəndə. Ata da gəlir deyir ki, mənim xəbərim olayıb. Moskvada da belə verilişlər var. Mən ötəri baxmışam. Amma mən bizim efirlərdə olan ailə biabırçılığı qədər biabırçılıq görməmişəm.

-Yəqin ki, son günlər Xoşqədəm xanımın verilişi ilə bağlı yayılan görüntüləri izlədiniz? Afaq Bəşirqızının bu məsləyə yanaşması oxuculara maraqlı olar...

Image result for Afaq Bəşirqızı toy

-Ayıb olsun o şəxsə ki, həmin videonu üzə çıxarıb yaydı. Sən kişisənsə, kişi qızısansa sən bunu vaxtında etməli idin. Xoşqədəm mənim rəfiqəm deyil. Mən onun verilişində və yaxud evində 24 saat oturmuram. Ayıbdır. Yaraşmaz. Adam kişi olar. O verilişin gülməlisini də, ağlamalısını da sən bilirdin. O təsvirlər bir neçə il əvvəl mənə göstərilmişdi. Mən o görüntülərdən çoxdan xəbərdar idim. Mənim indi dediklərimi mən o vaxt o adamlara da demişdim. Xoşqədəm qadındır. Əməkdar jurnalist adı aldı. Sən niyə layiq olmayan əməkdar, xalq artistlərinə bu dərəcədə fikir bildirmirsən? Mən burada Xoşqədəmin mənafeyini müdafiə etmirəm. Sadəcə deyirəm ki, adam kişi olar.

-Məndən gözlədiyiniz və vermədiyimiz sual oldumu?

-Axırıncı sualları elə verdin ki, mən də açıq şəkildə fikirlərimi dedim. Bu da sənin səsivin qaltanıdır. Mən səsi qaltanlı insanları çox sevirəm. Sən mənə fikrimi bildirmək üçün imkan yaratdın.