Binəqədidə polis əməliyyat keçirib. 

DİN-dən unikal.org-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Məlikovdan "Walter PPK-699000" markalı tapança, 1 patron darağı və 7 ədəd patron götürülmüşdür.