Bakıda və bir sıra rayonlarda oğurluq edən şəxslər yaxalanıb. 

DİN-dən unikal.org-a verilən məlumata görə, üç il əvvəl Mingəçevirdə oğurluq edən şəxs dünən yaxalanıb. Xəbərdə bildirilir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü il aprelin 27-də şəhər sakini Elşad Əhmədova məxsus kafedən 420 manat pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Seymur Sultanov tutulub.

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də rayon ərazisindəki mağazalardan birində, orada satıcı işləyən Bakı şəhər sakini Sevinc Abbasovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini İkram Əliyev tutulub. 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də Bakı şəhər sakini Emin Rəsulzadəyə məxsus "KİA" markalı avtomobildən 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rafiq Rüstəmov tutulub. 

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisində kirayədə yaşayan Kürdəmir sakini Sahil Ələkbərovun evindən 100 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Masallı sakini Rima Gözəlova tutulub.