İran Ali Məhkəməsi milyarder Babək Zəncani barəsində edam hökmünü ləğv edib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, B.Zəncani neftin satışı ilə bağlı korrupsiya fəaliyyətində ittiham üzrə həbs olunub. Martın əvvəlində məhkəmə onun barəsində hökm çıxarıb. B.Zəncanininvəkili həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.

Ancaq "Mizan" agentliyi onun işi üzrə qərarın son olmadığını yazıb.

Qeyd edək ki,B.Zəncani 2012-ci ildə İrana qarşı sanksiyalar pozduğuna görə ABŞ-ın "qara siyahısı"na daxil edilib.