Bakıda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının İllik Plenar iclası keçirilib.
Unikal.org APA-ya istinadən məlumatına görə, iclasda bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları iştirak ediblər.
İclasda çıxış edən Kanadanın sabiq baş naziri Jan Kretyen Şuranın yaranma tarixindən və məqsədindən bəhs edib. O qeyd edib ki, bu kimi qurumların məqsədi dünyada sülhə, sabitliyə xidmət edir.
Daha sonra çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Serageldin iclasın tezliklə baş tutacaq IV Bakı Qlobal Forumu çərçivəsində keçirildiyini və dünyada, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin forumun əsas mövzusu olduğunu deyib.
İclas daha sonra "Gələcək forum: sabahın liderlərini ilhamlandırmaq" mövzusu ilə davam edib.
İrlandiyanın sabiq baş naziri Berti Ahern, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo çıxış edərək mövzu ətrafında fikirlərini söyləyiblər.
Qeyd edək ki, IV Qlobal Bakı Forumu martın 10-11-də keçiriləcək.

Hökumət rəsmiləri IV Qlobal Bakı Forumunda - Fotolar
Hökumət rəsmiləri IV Qlobal Bakı Forumunda - Fotolar
Hökumət rəsmiləri IV Qlobal Bakı Forumunda - Fotolar