Cari ilin noyabr ayında ölkə enerjisistemində 2,1 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin mətbuat xidmətindən məlumat daxil olub.  

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Mərkəzi Dispetçer İdarəsinin bildirdiyi digər bir məlumata görə, 2016-cı ilin ötən 11 ayı ərzində isə 20,4 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.