Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarşın etimadnaməsini qəbul edib.