Prezident İlham Əliyev "Şücaətə görə medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Unikal.org xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının "Şücaətə görə medalı haqqında Əsasnamə təsdiqlənib.

Bundan başqa, "Azərbaycan Respublikasının "Şücaətə görə medalının təsviri təsdiq edilib.

Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcəklər.
Medalın üzərində "Azərbaycan uğrunda sözləri həkk edilib.