Lənkəranda ev yanıb.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 8-də günorta saatlarında rayonun Boladi kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Rəfael oğlu Nəsirova məxsus ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Lakin yanğın şiddətləndiyindən Masallı Rayon Yanğından Mühafizə Hissəsinə məxsus daha bir yanğınsöndürən maşın köməyə gəlib. Yanğın söndürülməklə, onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 400 kv.m olan evin ikinci mərtəbəsindəki 5 otaq içindəki əşya və avadanlıqlarla, eləcə də evin dam örtüyü yanaraq sıradan çıxıb.
Yanğının başvermə səbəbləri araşdırılır.