Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qəza baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Bakı-Gəncə marşrutu ilə hərəkət edən "Daewoo markalı sərnişin avtobusu "VAZ 21011 markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.