Ağstafa rayonunda hərəkətdə olan minik maşınının üzərinə ağac aşıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağstafa rayon sakini Kamil Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobillə Köçəsgər kəndi istiqamətində hərəkətdə olarkən yol kənarında olan iri ağac qırılaraq minik maşınının üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Ancaq "Opel"ə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.