Bakının Binəqədi rayonunda ümumi sahəsi 30 m2 olan tikili yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ərazidə olan ağaclar və digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.