Göyçay rayonunda mebel sexində işləyən ustanın meyidi tapılıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Qarabaqqal kəndində kənd sakini, 1969-cu il təvəllüdlü Rəsulov Polad Əli oğlu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında icarəyə götürərək işlətdiyi mebel sexində ölüb. Onun spirtli içki qəbul edərək gecə mebel sexində qaldığı bildirilir.
Polad Rəsulovun ölüm səbəbi hələlik məlum deyil. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə verilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.