Güclü külək Bakıda ticarət mərkəzinin damını uçurub.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə Babək prospektində yerləşən "Tutto Bello ticarət mərkəzində qeydə alınıb.

Güclü külək damı uçuraraq Babək prospektinə aşırıb. Yolda nəqliyyatın hərəkəti məhdudlaşıb, tıxac yaranıb.

Xəsarət alan yoxdur. Bir avtomobilə ziyan dəyib.