"ATƏT Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində insidentlərin və atəşkəsin pozulması hallarının araşdırılması sistemi üzərində işləyir".

Bu sözləri ATƏT-in baş katibi Lamberto Zanyer Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının23-cü iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, iclası dünən və bu gün Almaniya sədrliyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.