Bakıda taksi sürücüsü bıçaqlanıb.

Unikal.org-un "Report"a istinadən  xəbərinə görə, hadisə Səbail rayonu Məktəbli küçəsi 1 ünvanının qarşısında qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Bayram Cəfərov özünə məxsus "Mercedes" markalı avtomobil ilə hərəkət edən zaman onu naməlum şəxs işarə ilə dayandırıb. Avtomobilin arxa oturacağında əyləşən naməlum şəxs B.Cəfərovun kürək nahiyəsinə 3 bıçaq zərbəsi vurub.

 Daha sonra naməlum şəxs avtomobildən enərək ərazidən uzaqlaşıb. 

 B.Cəfərov "Təcili tibbi yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.